Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının Nyu-Yorkda keçirilən rəsmi açılış mərasimində iştirak edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, Ümumi Debat dünya liderlərini və BMT-yə üzv dövlətlərin nümayəndələrini bir araya gətirərək qlobal və regional çağırışlarla bağlı fikir mübadiləsi aparmaq, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir