İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib.
“Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və güc gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək arzulayırıq!”, – deyə paylaşımda bildirilib.
Azinformasiya.az