Əraqçi Fransa XİN başçısına cavab verib: “Timsah gözyaşları”nı dayandırın

İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barronun İranda insan hüquqları ilə bağlı narahatlığını ifadə etməsinə münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki o, bu barədə “X” hesabında qeyd edib.

“1.5 milyon əlcəzairli Müstəqillik Müharibəsi dövründə Fransa tərəfindən qətliama məruz qoyulub. Onların onda birindən az hissəsi Paris tərəfindən rəsmi qeydiyyata alınıb və hələ də Fransa öz müstəmləkəçilik cinayətlərinə görə üzr istəməkdən imtina edir”,- Əraqçi vurğulayıb.

O, Fransa XİN başçısını Minab məktəbinə qarşı törədilən hücuma biganə qalmaqda günahlandırıb və rəsmi Parisi “timsah gözyaşları” tökməməyə çağırıb.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro 2022-ci ildə Məhsa Əmini ilə bağlı baş verən hadisələri yada salıb və İranı insan hüquqlarını pozmaqda günahlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir