Macarıstan XİN başçısı: “Azərbaycan qazı bizim üçün xüsusi əhəmiyyət daşıyır”

“Azərbaycan qazı Avropa enerji bazarı və Avropaya enerji tədarükünün şaxələndirilməsi üçün vacibdir”.

Azinformasiya.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir Cənub Qaz Dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini vurğulayıb.

“Macarıstan üçün Cənub Qaz Dəhlizindən qaz almaq vacibdir. Azərbaycan qazı bizim üçün xüsusi əhəmiyyət daşıyır”, – XİN başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir