Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda qeydə alınıb.
Məlumata əsasən, 2004-cü il təvəllüdlü N.Cəlilovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az