Kreml: Norveçin hərbi quruculuğu Rusiya üçün təhdiddir

Norveçin hərbi quruculuğu Rusiya üçün təhdid kimi qəbul edilməyə bilməz.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ istehsalı raket sistemlərinin Norveçdə yerləşdirilməsinə münasibət bildirərkön deyib.

Onun sözlərinə əsasən, Norveçin hərbi quruculuğu Moskvadan əlavə təhlükəsizlik tədbirləri tələb edir.

Qeyd edək ki, Norveç Rusiya sərhədi yaxınlığında dörd K9 özüyeriyən haubitsadan ibarət artilleriya batalyonu yerləşdirib. Rəsmi Moskva bu sistemlərin yerləşdirilməsinin NATO-nun bir sıra yüksək dərəcədə qeyri-sabitləşdirici hərəkətlərinin bir addımı kimi gördüyünü,
alyansın Rusiya ərazisinin dərinliyinə zərbə endirmək və regionun dəniz arteriyaları üzərində nəzarəti bərqərar etmək qabiliyyətini inkişaf etdirmək niyyətini nümayiş etdirdiyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir