“Macarıstan şirkətlərinin postkonflikt dövründə işğaldan azad edilmiş ərazilərin bərpa olunmasında fəal iştirakı bu gün detallı müzakirə predmeti olub. Bu istiqamətdə Macarıstan tərəfindən atılan konkret addımlar tərəfimizdən yüksək qiymətləndirilir. Artıq Macarıstan bankı tərəfindən bu layihələrə cəlb olunan macar şirkətləri üçün 100 milyon ABŞ dolları həcmində kredit ayrılmasına qərar verilib”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycan tərəfi Macarıstan tərəfinin minaların təmizlənmə sahəsində könüllü ianənin edilməsinə dair təklifini də yüksək dəyərləndirir”, – nazir bildirib.