Paşinyan: Ermənistanın Rusiyaya viza rejimi tətbiq etmək niyyəti yoxdur

Ermənistanın heç vaxt Rusiya ilə viza rejimi tətbiq etmək niyyəti olmayıb və yoxdur.

 

Azinformasiya.az “Sputnik Armenia” ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyətinin heç vaxt belə bir niyyəti olmayıb, üstəlik, onlar buraya gələn rus turistlərini böyük məmnuniyyətlə qəbul edirlər.

Onun sözlərinə əsasən, Ermənistandakı ruslara isti münasibət var və onlar ölkənin turistik yerlərini fəal şəkildə təbliğ edirlər.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan tərəfindən ruslar üçün viza rejiminin tətbiqinin Moskvaya deyil, İrəvanın özünə qarşı yönəlmiş addım olacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir