Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib edib

Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib.

Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.

“Bu, düşünülmüş informasiya əməliyyatıdır”, – Putin vurğulayıb.

Rusiya lideri ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir