Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik

Baş nazir Nikol Paşinyan Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələcəyi təqdirdə, İrəvanın bunu etiraz etməyəcəyini bildirib.

 

Azinformasiya.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Bu müddət ərzində Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olmasını həyati zərurət hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik, lakin onlar qalmaq istəsələr, biz bunu da müzakirə etməyə hazırıq. Lakin biz bu müddət ərzində bu məsələləri heç vaxt qaldırmamışıq”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, Bişkekdə Paşinyanla görüşdən sonra jurnalistlərlə söhbətində Rusiya Prezidenti Vladimir Putin Ermənistandakı Rusiya hərbi bazası mövzusuna toxunub. O, Ermənistanın Rusiya hərbi bazasına ehtiyacı olmadığını düşündüyü təqdirdə, sabah oradan çıxa biləcəklərini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir