Bakıda ustanı işlədiyi evin damında elektrik cərəyanı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Rayonun NZS qəsəbəsində 1958-ci il təvəllüdlü Fəxrəddin Hacıyev evin damında işləyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az