Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin 49-cu məhəlləsində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Yaşar Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az