Ərdoğan: Orta Dəhlizin Azərbaycan üzərindən inkişafına çalışırıq

Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsinə çalışırıq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qərb bazarlarına çıxışının təmin edilməsində mühüm rol oynayır.

“Türkiyə xüsusilə enerji dəhlizlərinin şaxələndirilməsi və geosiyasi risklərin idarə olunmasında həlledici mövqeyə malikdir. Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsinə çalışırıq. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”, – Ərdoğan vurğulayıb.

O qeyd edib ki, ŞƏT fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizlərinin formalaşdırılması, o cümlədən enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər.

Ərdoğanın sözlərinə əsasən, bu istiqamətlər üzrə əməkdaşlıq təşkilata daxil olan ölkələrin xalqlarının rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir