Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.
Azinformasiya.Az xəbər verir ki, o, Bakıya Moskvadan gəlib.
Səfər zamanı T.Klaar ölkənin bir sıra rəsmiləri ilə görüş keçirəcək. Görüşlərdə Azərbaycan-Aİ əməkdaşlığı, habelə aktual regional məsələlər müzakirə olunacaq.
Səfər martın 13-də başa çatacaq.