ABŞ ötən gecə İranın həyata keçirdiyi hücumlara cavab verəcək.
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.
“Biz onları çox sərt vuracağıq”, – Tramp vurğulayıb.
Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında raket qurğularını hədəfə alan hücumlar həyata keçirib. İran isə ABŞ-ın İordaniyadakı hərbi mövqelərinə zərbələr endirib.
Azinformasiya.az