“Türk şirkətləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənilməsində əməkdaşlıq etməyə hazırdır. Bununla bağlı niyyəti tərəflərə çatdırmışıq”.
Azinformasiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan ilə Azərbaycanın Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi dair imzaladıqları razılaşmaya münasibət bildirərkən söyləyib.
“Burada əsas məsələlərdən biri çıxarılacaq neft və qazın hazırda fəaliyyətdə olan boru xətləri vasitəsilə Türkiyəyə çatdırılmasıdır. Hər mənada əməkdaşlıq imkanı var”, – o vurğulayıb.
Xatırladaq ki, martın 5-də M.Çavuşoğlunun Mərkəzi Asiya ölkələrinə səfəri başlayıb. Səfər çərçivəsində o, Türkmənistan və Özbəksitanı ziyarət edib. Səfərin yekunlarından danışan XİN başçısı görüşlərin səmimi mühitdə keçdiyini bildirib: “Həm Türkmənistan, həm Özbəkistana səfərimiz son dərəcə faydalı oldu”.