Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.
Tehran Təcili Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə nəticəsində indiyədək xəsarət alan olmayıb.
Azinformasiya.az