Oman Sultanlığının xarici işlər naziri Bədr Əl-Busəidi bu gün Tehrana səfər edib.
Azinformasiya.az xəbər verir ki, Oman xarici işlər naziri Tehranda İran xarici işlər naziri Abbas Əraqçi ilə bir sıra müzakirələr aparıb.
Qeyd edək ki, Oman xarici işlər nazirinin Tehrana səfəri iki ölkə arasında Hörmüz boğazının idarə olunması mexanizminin yekunlaşdırılması ilə bağlı intensiv məsləhətləşmələrin yekun mərhələyə çatdığı bir vaxta təsadüf edir.
Azinformasiya.az