Ukrayna Belqoroda raket zərbəsi endirib, 6 nəfər ölüb

Ukrayna ordusu Belqorod vilayətinə raket zərbəsi endirib.

 

Azinformasiya.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə bölgənin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev bildirib.

Valuyski rayonunun Koloskovo kəndinə hücum nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Yaralılardan ikisinə hadisə yerində tibbi yardım göstərilib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir