Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.
Nəticədə sürücü A. Əliyev sərnişinləri- Bakı şəhər sakini, 1986- cı il təvəllüdlü Günel Əliyeva və Tovuz şəhər sakini, 1958- cu il təvəllüdlü Şura Tağıyeva müxtəlif xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az