Bakıda daş karxanasında bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, daş karxanasında baş verən bədbəxt hadisə nəticəsində Cəlilabad rayonunun Səttarxan küçəsinin sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev həyatını itirib.
Məlumata əsasən, o, daş karxanalarının birində ehtiyatsızlıq nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az