Əraqçi: ABŞ kəşfiyyat sahəsindəki uğursuzluqlara görə yanlış hesablamalara düçar olub

ABŞ İranla müharibədə və Hörmüz boğazında yanlış hesablamalara yol verib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında rəsmi Vaşinqtona xəbərdarlığında bildirib.

Onun sözlərinə əsasən, ABŞ uzun müddətdən bəri kəşfiyyat sahəsindəki uğursuzluqlar səbəbindən yanlış hesablamalara düçar olub və İranla müharibə də bunlardan biridir.

“İndi isə daha böyük yanlış hesablama Hörmüz boğazıdır. Saxta kəşfiyyat saxta xəbərlərdən daha pisdir. Ehtiyatlı olun”, – Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir