Ərdoğan Məkkə Sazişinin əsas mesajını açıqlayıb: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir

Məkkə Sazişinin mesajı çox aydındır: birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir.

 

Azinformasiya.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“Eyni zamanda, bu ittifaqa imza atan ölkələr olaraq, bir-birimizə təhlükə yaratmayacağımız, əksinə bir-birimizin təhlükəsizliyini təmin etməyə və bir-birimizlə həmrəy olmağa sadiq olduğumuz mesajını göndəririk”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə əsasən, bu sazişlə biz heç bir ölkəni hədəf almırlar, burada məqsəd yalnız regional sülh, sabitlik və xalqların rifahıdır.

Türkiyə lideri vurğulayıb ki, “bu saziş bölgədə sülh və sabitlik istəyən bütün qardaş ölkələr üçün açıqdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir