Zelenski: Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib

Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə, “Sirkon” raketləri və KAB-larla zərbələr endirib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Bu, maksimum zərəri məhz mülki infrastruktura vurmaq məqsədilə hesablanmış amansız hücumdur. Təəssüf ki, hazırda şəhərdə 6 nəfərin öldüyü, 19 nəfərin yaralandığı məlumdur”, – Ukrayna lideri qeyd edib.

Zelenksinin sözlərinə əsasən, Donetsk, Dnepropetrovsk və Nikolayev vilayətlərinə də zərbələr endirilib. Raketlərlə yanaşı, Ukrayna ərazisinə 120-dən çox dronla hücum həyata keçirilib.

“Rusiyanın hər bir addımı – ballistik raketlərin istehsalının artırılması, Şimali Koreyanın vasitələrindən istifadə, səfərbərliyə hazırlıq – bütün bunlar göstərir ki, Moskva sülhə deyil, eskalasiyaya hazırlaşır”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir