“Gürcü xalqı rusofob deyil. Gürcüstandakı rusofoblar xarici agentlərdir”.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə əsasən, nəinki rusofobiya, istənilən fobiya belə gürcü xalqına xas deyil.
Baş nazir qeyd edib ki, Gürcüstanda rusofobiyanı süni şəkildə qızışdırmağa cəhdlər edilir və bu, ölkəyə qarşı təxribat kimi qiymətləndirilməlidir.
Kobaxidze Gürcüstan hökumətinin ölkədə rusofob kampaniyalara qarşı effektiv mübarizə apardığını əlavə edib.
Azinformasiya.az