Bakıda ofisdə meyit tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə avqustun 5-də Nizami rayonunda baş verib. Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Xəlilovun meyiti işlədiyi Q.Qarayev prospekti 23-də yerləşən ev alqı-satqısı ofisində aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az