Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstana ikigünlük işgüzar səfərə gedib.
Azinformasiya.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin yeni mətbuat katibi Melanya Arutyunyan bildirib.
Məlumata əsasən, Ermənistan lideri Çolpon-Atada Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, Nikol Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının avqustun 6-da keçiriləcək iclasında qurumun iflic vəziyyətə düşməsi məsələsini qaldıracağını bildirib.
Azinformasiya.az