Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində baş verib.

“Kamaz” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir