İranın xarici işlər naziri Abbas Əraqçi Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busaidi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla ayrı-ayrılıqda telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, telefon danışıqları zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər bölgədə, xüsusilə də Hörmüz boğazında təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıb, bu məqsədlə əməkdaşlığın gücləndirilməsi və birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Azinformasiya.az