Qubada yol qəzasında bir nəfər ölüb

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, qəza Quba–Qusar avtomobil yolunda baş verib.

İlkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov hadisə yerində ölüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir