İran XİN: ABŞ-yə müharibə və sülhün vaxtını müəyyən etməyə imkan verməyəcəyik

İran ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran üçün əsas meyar milli maraqlar və milli təhlükəsizlikdir.

“ABŞ-ın müharibəni idarə etdiyini düşünməsi anlaşılan deyil. İranı qısa müddətdə çökdürəcəklərini hesab edirdilər, ancaq bu baş vermədi. Yaranmış vəziyyətə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər”, – deyə Bəqai vurğulayıb.

XİN sözçüsü qeyd edib ki, İran milli maraqlarını və təhlükəsizliyini əsas götürərək qərarlar qəbul edir.

“Biz heç vaxt ABŞ-a müharibə və sülhün vaxtını müəyyən etməyə imkan verməmişik və verməyəcəyik. Milli maraqlarımız tələb etdikdə özümüzü müdafiə edəcəyik. Diplomatiyanın milli maraqlarımızın qorunmasına xidmət etdiyini düşündüyümüz zaman isə bu vasitədən istifadə edəcəyik”, – deyə o əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir