Biləsuvarda yol qəzasında 3 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər – 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Kərimov, Binəqədi rayon sakinləri – 1999-cu il təvəllüdlü Balaş Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Mustafalı xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir