Şirvan şəhər sakini antibiotik iynəsindən ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə iyulun 23-də qeydə alınıb. Şəhər sakini 1980-ci il təvəllüdlü Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurub və ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az