Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində baş verib.

Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir