Tovuzda qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az