Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az