Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda keçirdiyi görüşlərdə müzakirə olunan məsələləri açıqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

“Yenidən Bakıda olmaqdan və azərbaycanlı tərəfdaşlarım, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.

Müzakirələrimiz regional proseslər, Avropa İttifaqı–Azərbaycan münasibətləri, nəqliyyat-logistika imkanları və Azərbaycan–Ermənistan sülh prosesi, eyni zamanda Avropa İttifaqının Azərbaycanda və Ermənistanda keçirəcəyi yüksək səviyyəli təmasları ərəfəsindəki məsələlərə həsr olundu.

İki ölkə arasında davamlı sülhə gedən yolda əldə olunan tarixi nailiyyətlərin yaratdığı müsbət dinamikanın qorunmasının vacibliyi barədə razılığa gəldik. Bu istiqamətdə Avropa İttifaqı öz dəstəyini davam etdirəcək”, – Qrono vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir