Neftçalada 62 yaşlı kişi evin zirzəmisində yıxılaraq ölüb

Neftçala rayonunda 62 yaşlı kişi evinin zirzəmisində yıxılaraq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Oryad kəndində qeydə alınıb.

Məlumata əsasən, 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağının dəmir tora ilişib və o, yıxılaraq baş nahiyəsindən aldığı xəsarət nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir