Bakıda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Davud Nəsirovun idarə etdiyi “BYD” markalı avtomobil yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Rauf Qafarovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az