Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım edib.

 

Azinformasiya.az  xəbər verir ki, Hikmət Hacıyev X hesabındakı paylaşımında yazıb: “İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir