Rəsmi Tehran: AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişi planlaşdırılmır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nüvə təsisatlarında yoxlama aparmaq üçün İrana qayıdacaqları ilə bağlı xəbəri təkzib edib.

 

Azinformasiya.az  xəbər verir ki, brifinqdə danışan Bəqayi İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında İran nümayəndə heyətinin AEBA-nın Baş direktoru Rafael Qrossi ilə görüşmədiyini deyib.

Onun sözlərinə əsasən, AEBA müfəttişlərinin İranın əvvəlki iki müharibə zamanı zərər görmüş nüvə obyektlərinə girişi planlaşdırılmır.

“İran Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin öhdəlik daşıyan bir üzvü kimi, hazırda istifadədə olan üsula davam edəcək”, – Bəqayi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Vitse-prezidenti Ceyms Devid Vens AEBA inspektorlarının İranın nüvə təsisatlarında yoxlama və nəzarət aparmaq üçün yenidən İrana qayıdacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir