Ermənistanda zəlzələ olub

Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrində intensivlik 2-3 bal təşkil edib.

Yeraltı təkanlar Tavuş vilayətində, eləcə eə İcevan və Noyemberyan şəhərlərində, eyni zamanda Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub. Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir