“Reuters”: İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub

ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.

 

Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, bu açıqlama ABŞ vitse-prezidenti JD Vensin Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqlara başlamaq üçün cümə günü İsveçrədə planlaşdırılan səfərinin təxirə salınmasından sonra verilib.

Xatırladaq ki, müharibəyə son qoyulmasına dair ABŞ-İran Memorandumunun iyunun 19-da İsveçrədə imzalanacağı ilə bağlı əvvəldən məlumat verilsə də, sənəd iyunun 18-də imzalanıb.

Memorandumun bir nüsxəsini ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 Sammiti çərçivəsində Versal sarayında təşkil olunan şam yeməyindən sonra imzalayıb.

Səmədin digər nüsxəsi isə İran Prezidenti Məsud Pezeşkian tərəfindən Tehranda imzalanıb.

Sənədin ilkin variantı iyunun 14-də elektron formada ABŞ-ın vitse-prezidenti JD Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalanmışdı.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir