Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb

Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, Putin və Tramp ABŞ-da Zelenski ilə görüşün təşkili imkanlarını müzakirə etməyiblər.

Uşakov bildirib ki, Kreml ABŞ və İran arasında memorandum imzalandıqdan sonra Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna ilə bağlı danışıqlar üçün Moskvaya gələ biləcəklərini gözləyir.

Kreml rəsmisi G7 sammitinin Trampın Ankoricdə əldə edilən razılaşmalarla bağlı mövqeyinə təsir göstərə biləcəyini proqnozlaşdırmaqdan çəkindiyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir