Ukrayna Moskvaya kütləvi dron hücumu edib, neft emalı zavodu vurulub

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib.

 

Azinformasiya.az  xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan 60 PUA-nın vurulduğunu bildirib. O Moskvanın ən böyük neft emalı zavodunun vurulduğu deyib.

Yerli teleqram kanalları Moskvadakı Kapotnya neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verdiyini yazıb.

Rosaviasiya Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin enişini və uçuşunu müvəqqəti olaraq dayandırıb.

Müdafiə Nazirliyinin məlumatına əsasən, ümumilikdə hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində Rusiya regionları, Azov dənizi və Qara dəniz üzərində 172 dron vurub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir