Tramp: İranla xoş niyyətlə danışıq mümkün deyil

İranın saxta xəbərlər yayan mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Onların dedikləri, eləcə də razılaşmanın əldə edildiyi ilə bağlı zəif və aciz bəyanatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlarla xoş niyyət əsasında danışıqlar aparmaq mümkün deyil”, – ABŞ lideri vurğulayıb.

Həmçinin Tramp İranın Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücumunu da pisləyib: “Ötən gecə Hörmüz boğazını tərk edən Hindistan gəmilərinə qarşı həyata keçirdikləri və tam dəf edilmiş dron hücumu tamamilə qəbuledilməzdir. Onlar tez bir zamanda özlərini ələ almalıdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir