Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı hələlik dəqiq razılaşma yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya və Ermənistan liderləri arasında təmasların hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə əsasən, Ermənistanda seçki kampaniyasının yekunlaşmasından asılı olaraq müvafiq qərarlar veriləcək.

“Bildiyiniz kimi, iyunun 14-də seçkinin nəticələri ilə bağlı açıqlama gözlənilir. Bilirsiniz ki, bir çox seçki iştirakçısı etiraz etməyi planlaşdırır, səslərin yenidən hesablanması və s. Yəni bu, kifayət qədər çətin və uzun müddətdir”, – Peskov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir