Altıağaca gedən yol təhlükə saçır.
Azinformasiya.az xəbər verir ki, Xızı rayonunun Altıağac kəndinə giriş yolunda yaranan ciddi çökmə sakinlərin narahatlığına səbəb olub. Yolun bir hissəsinin tamamilə dağılması nəticəsində nəqliyyatın hərəkəti təhlükəli vəziyyətə düşüb.
Sakinlərin sözlərinə görə, yolun vəziyyəti uzun müddətdir problem yaratsa da, son yağıntılardan sonra vəziyyət daha da ağırlaşıb.
Vətəndaşlar bildirirlər ki, Altıağac istiqamətində hərəkət edən sürücülər və kənd sakinləri hər gün risklə üz-üzə qalırlar. Onlar aidiyyəti qurumlardan problemin qısa müddətdə aradan qaldırılmasını və yolun təhlükəsiz vəziyyətə gətirilməsini tələb edirlər.
Hazırda məsələ bağlı rəsmi qurumların mövqeyi məlum deyil. Sakinlər isə yolun tamamilə istifadəyə yararsız hala düşməsindən ehtiyat edirlər.
Ümid edirik, sözügedən problem öz həllini tapacaq.
Azinformasiya.az