Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır

Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

“Bizim Kiyev rejimi ilə həm açıq, həm də qapalı təmaslarımız var. Açıq təmaslar Rusiya-Ukrayna danışıqlarının bir neçə raundu keçirilərkən mövcud idi”, – deyə Uşakov bildirib.

O bu açıqlamanı rusiyalı bir iş adamının Kiyevə gedərək Moskvaya müəyyən məlumatlar çatdırmaq planları ilə bağlı suala cavab olaraq verib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən plenar iclasda Kiyevə səfər etmiş tanınmış bir sahibkarın Moskvaya mesaj gətirdiyini açıqlayıb. Ancaq nə Putin, nə də Uşakov həmin iş adamının adını açıqlayıb.

“Kiyevə kifayət qədər iri biznesmen gedib. Onu çoxları tanıyır”, – deyə Uşakov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir