ABŞ-ın Vaşinqton ştatında yerləşən kağız fabrikində baş verən kimyəvi qəza nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Azinformasiya.az Reuters-ə istinadən xəbər verir ki, rəsmilər itkin düşən şəxslərin hamısının cəsədinin tapıldığını açıqlayıb. Hadisə Nippon Dynawave Packaging müəssisəsində böyük kimyəvi çənin dağılması nəticəsində baş verib.
Məlumata əsasən, müəssisədə kağız istehsalında istifadə olunan “white liquor” (natrium sulfid) adlı kimyəvi məhlul saxlanılan təxminən 3,4 milyon litrlik çən dağılıb.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. ABŞ rəsmiləri bunu Vaşinqton ştatının müasir tarixində ən ağır sənaye faciələrindən biri adlandırır.
Azinformasiya.az